Y YIĞIM Payment System
  • 513

YIĞIM Payment System

Capital Markets

Daxili nəzarət və komplayns şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Daxili nəzarət və komplayns şöbəsinin müdiri

  • Истекает 1 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz kimi axtarırıq?

Əgər sən:

  • Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
  • Yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,
  • Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
  • Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,

Deməli, sən bizim axtardığımız namizədsən!

Səni nələr gözləyir?

  • Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
  • Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
  • E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
  • İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
  • Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.

Səndən gözləntilərimiz:

  • Şirkətin daxili nəzarət sistemini təşkil etmək və onun səmərəliliyini təmin etmək.
  • Daxili nəzarət tədbirlərinin planlaşdırılması və icrasını təmin etmək.
  • Müvafiq daxili qaydaların, prosedurların və nəzarət mexanizmlərinin tətbiqini həyata keçirmək.
  • Şirkət fəaliyyətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalarına uyğunluğunu təmin etmək.
  • “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə uyğun siyasət və tədbirlər həyata keçirmək.
  • Şübhəli əməliyyatların aşkarlanması və onların dayandırılması üçün prosedurların tətbiqini təmin etmək.
  • Risklərin qarşısını almaq üçün effektiv nəzarət mexanizmlərini təşkil etmək.
  • Risklərin minimuma endirilməsi üçün rəhbərliyə təkliflər vermək.
  • Şirkət daxilində korrupsiya, dələduzluq (fraud) və digər hüquq pozuntuları ilə bağlı təhqiqatlar aparmaq.
  • Aşkar edilən pozuntularla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək və nəticələr haqqında rəhbərliyə məlumat vermək.
  • Maliyyə əməliyyatlarının və iş proseslərinin davamlı monitorinqini aparmaq.
  • Aylıq, rüblük və illik hesabatları hazırlamaq və direktoruna təqdim etmək.
  • Daxili nəzarət tədbirlərinin nəticələrinə dair müvafiq məlumatları struktur bölmələr və rəhbərliklə bölüşmək.
  • Şöbənin fəaliyyətinə dair təhlilləri və statistik məlumatları hazırlamaq.
  • Şirkətin maliyyə və digər resurslarının səmərəli və təyinatı üzrə istifadəsinin təmin edilməsinə nəzarət etmək
  • İstifadə olunan resurslarda israfçılığın və ya sui-istifadə hallarının qarşısını almaq.
  • Resurslarla bağlı mümkün çatışmazlıqları və təklifləri rəhbərliyə bildirmək.
  • Şirkət əməkdaşlarına daxili nəzarət və uyğunluq prosedurlarını izah edən təlimlər keçmək.
  • İşçiləri korrupsiya və dələduzluğa qarşı mübarizə yolları barədə məlumatlandırmaq.
  • Şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək üçün təlim planları təşkil etmək.
  • Şirkətin digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığı təmin etmək.
  • Müvafiq hallarda kənar mütəxəssislərin və ya audit qruplarının işə cəlb olunmasını təklif etmək.
  • Qanunvericilik orqanları və nəzarət qurumları ilə koordinasiyanı təmin etmək.

Tələblər:

  • Təhsil: İqtisadiyyat, Hüquq, Maliyyə və ya digər uyğun sahədə ali təhsil.
  • İş təcrübəsi: Minimum 5 il (rəhbər vəzifədə minimum 3 il). Komplayns, daxili nəzarət, audit və risk sahələrində bank təcrübəsi üstünlük sayılır.
  • Bank işi və müvafiq sahə üzrə yerli təcrübəyə üstünlük verilir.
  • Lisenziya / Sertifikat: Komplayns və ya audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür (CAMS).
  • Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst, ingilis dili (arzuolunandır)
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Azərbaycan Mərkəzi Bankının qayda, təlimat, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi və s.) məlumatlı olmalıdır.
  • Məhsul şəxsi səlahiyyətlərində icra edəcək.

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı.
  • Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
  • Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
  • Peşəkar və karyera inkişafı üçün imkanlar. 
  • Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
  • Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!

Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.

YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur! 

  • Daily2
  • Weekly588
  • Monthly208