Biz kimi axtarırıq?
Əgər sən:
- Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
- Yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,
- Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
- Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,
Deməli, sən bizim axtardığımız namizədsən!
Səni nələr gözləyir?
- Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
- Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
- E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
- İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
- Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.
Səndən gözləntilərimiz:
- Şirkətin daxili nəzarət sistemini təşkil etmək və onun səmərəliliyini təmin etmək.
- Daxili nəzarət tədbirlərinin planlaşdırılması və icrasını təmin etmək.
- Müvafiq daxili qaydaların, prosedurların və nəzarət mexanizmlərinin tətbiqini həyata keçirmək.
- Şirkət fəaliyyətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalarına uyğunluğunu təmin etmək.
- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə uyğun siyasət və tədbirlər həyata keçirmək.
- Şübhəli əməliyyatların aşkarlanması və onların dayandırılması üçün prosedurların tətbiqini təmin etmək.
- Risklərin qarşısını almaq üçün effektiv nəzarət mexanizmlərini təşkil etmək.
- Risklərin minimuma endirilməsi üçün rəhbərliyə təkliflər vermək.
- Şirkət daxilində korrupsiya, dələduzluq (fraud) və digər hüquq pozuntuları ilə bağlı təhqiqatlar aparmaq.
- Aşkar edilən pozuntularla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək və nəticələr haqqında rəhbərliyə məlumat vermək.
- Maliyyə əməliyyatlarının və iş proseslərinin davamlı monitorinqini aparmaq.
- Aylıq, rüblük və illik hesabatları hazırlamaq və direktoruna təqdim etmək.
- Daxili nəzarət tədbirlərinin nəticələrinə dair müvafiq məlumatları struktur bölmələr və rəhbərliklə bölüşmək.
- Şöbənin fəaliyyətinə dair təhlilləri və statistik məlumatları hazırlamaq.
- Şirkətin maliyyə və digər resurslarının səmərəli və təyinatı üzrə istifadəsinin təmin edilməsinə nəzarət etmək
- İstifadə olunan resurslarda israfçılığın və ya sui-istifadə hallarının qarşısını almaq.
- Resurslarla bağlı mümkün çatışmazlıqları və təklifləri rəhbərliyə bildirmək.
- Şirkət əməkdaşlarına daxili nəzarət və uyğunluq prosedurlarını izah edən təlimlər keçmək.
- İşçiləri korrupsiya və dələduzluğa qarşı mübarizə yolları barədə məlumatlandırmaq.
- Şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək üçün təlim planları təşkil etmək.
- Şirkətin digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığı təmin etmək.
- Müvafiq hallarda kənar mütəxəssislərin və ya audit qruplarının işə cəlb olunmasını təklif etmək.
- Qanunvericilik orqanları və nəzarət qurumları ilə koordinasiyanı təmin etmək.
Tələblər:
- Təhsil: İqtisadiyyat, Hüquq, Maliyyə və ya digər uyğun sahədə ali təhsil.
- İş təcrübəsi: Minimum 5 il (rəhbər vəzifədə minimum 3 il). Komplayns, daxili nəzarət, audit və risk sahələrində bank təcrübəsi üstünlük sayılır.
- Bank işi və müvafiq sahə üzrə yerli təcrübəyə üstünlük verilir.
- Lisenziya / Sertifikat: Komplayns və ya audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür (CAMS).
- Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst, ingilis dili (arzuolunandır)
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan Mərkəzi Bankının qayda, təlimat, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi və s.) məlumatlı olmalıdır.
- Məhsul şəxsi səlahiyyətlərində icra edəcək.
Biz nə təklif edirik?
- Rəqabətədavamlı əməkhaqqı.
- Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
- Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
- Peşəkar və karyera inkişafı üçün imkanlar.
- Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
- Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!
Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!