Əsas vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyətinin mövcud qanunvericiliyə və normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- ƏL/TMM qanununa əsasən prosedurlarının tətbiqi və yoxlanması
- Hüquqi riskləri qiymətləndirmək və onların qarşısını almaq üçün təkliflər vermək;
- Daxili nəzarət və komplays şöbəsinin siyasət və prosedurların hazırlanmasında iştirak etmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq
- Müqavilələrin hüquqi ekspertizasını aparmaq, müqavilə layihələri hazırlamaq və tərəfdaşlarla danışıqlarda hüquqi dəstək göstərmək;
- Daxili sənədlərin və prosedurların qanunvericiliyə uyğunluğunu yoxlamaq və təkmilləşdirilməsi üzrə tövsiyələr vermək;
- Yeni məhsul və xidmətlərin hüquqi uyğunluğunu qiymətləndirmək və rəy vermək;
- Nəzarət orqanları (Mərkəzi Bank, Maliyyə Monitorinq Xidməti və s.) ilə yazışmalar və hesabatların hazırlanması;
- Komplayns risklərinin təhlili və bu risklərin idarə olunması üçün tədbirlərin təklif edilməsi;
- Şirkətin əməkdaşlarının Komplayns qaydalarının tətbiqi və prosedurların məlumatlandırılması və təlimatlandırılması proseslərində iştirak;
- Daxili audit və yoxlamalar zamanı dəstək göstərmək və tövsiyələrin icrasına təmin etmək.
Namizədə tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Bank və ya maliyyə sektorunda, xüsusilə hüquq və komplayns sahəsində minimum 3-4 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mülki, vergi, əmək və bank qanunvericiliyi üzrə biliklər;
- Hüquqi sənədlərlə işləmə, hüquqi analiz və rəyvermə bacarığı;
- Analitik düşünmə, detallara diqqət və peşəkar yanaşma;
- Sərbəst şəkildə hüquqi sənədlər tərtib etmə və hüquqi yazışmalar aparma bacarığı;
- Azərbaycan və Rus dilində mükəmməl;
- Yüksək məsuliyyət və müstəqil işləmə qabiliyyəti.
Yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlər öz CV-lərini e-mail-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.