YIĞIM Payment System YIĞIM Payment System
  • 224
YIĞIM Payment System

YIĞIM Payment System

Maliyyə xidmətləri

Risklər üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklər üzrə aparıcı mütəxəssis

  • Deadline 6 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyaları:

  • Risklərin təhlili və onların təhlükəlilik ehtimalının qiymətləndirilməsi
  • Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi
  • Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
  • Əməliyyat risklərinin təhlili və hesabatlılığın aparılması
  • Təşkilatın müxtəlif ssenarilər üzrə risklərə dayanıqlığını ölçmək üçün risk modellərinin hazırlanması və stress-testlərin keçirilməsi
  • Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi
  • Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması
  • Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının təmin edilməsi
  • Risklərin idarə olunması sisteminin effektiv fəaliyyət göstərməsinə nəzarət
  • Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili
  • Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi
  • Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili
  • Yeni məhsul və xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi
  • Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
  • Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası
  • Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması
  • Düzəliş tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək
  • Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələrin icrası

Bilməlidir:

  • Risklərin idarə olunması prinsip və metodları;
  • Risk modelləri və stress-testlərin aparılması texnikaları;
  • Maliyyə və bank əməliyyatlarının riskləri;
  • Risk indikatorlarının yaradılması və idarə olunması;
  • Risklərin qiymətləndirilmə metodları;
  • Statistik və analitik təhlil metodları;
  • Müvafiq qanunvericilik aktları və normativ tələblər.

Tələblər:

  • İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excel bilikləri (Power BI, SQL proqramını bilənlərə üstünlük veriləcək);
  • Komandada işləmək bacarığı və effektiv ünsiət qabiliyyəti;
  • Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus və İngilis dilləri orta səviyyədə;
  • Sürətli öyrənmə qabiliyyəti, stresə dözümlülük və gərgin iş rejimində işləmək bacarığı.

İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly580
  • Monthly698