Əmək funksiyaları:
- Risklərin təhlili və onların təhlükəlilik ehtimalının qiymətləndirilməsi
- Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi
- Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
- Əməliyyat risklərinin təhlili və hesabatlılığın aparılması
- Təşkilatın müxtəlif ssenarilər üzrə risklərə dayanıqlığını ölçmək üçün risk modellərinin hazırlanması və stress-testlərin keçirilməsi
- Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi
- Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması
- Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının təmin edilməsi
- Risklərin idarə olunması sisteminin effektiv fəaliyyət göstərməsinə nəzarət
- Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili
- Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili
- Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi
- Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili
- Yeni məhsul və xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi
- Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
- Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası
- Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması
- Düzəliş tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələrin icrası
Bilməlidir:
- Risklərin idarə olunması prinsip və metodları;
- Risk modelləri və stress-testlərin aparılması texnikaları;
- Maliyyə və bank əməliyyatlarının riskləri;
- Risk indikatorlarının yaradılması və idarə olunması;
- Risklərin qiymətləndirilmə metodları;
- Statistik və analitik təhlil metodları;
- Müvafiq qanunvericilik aktları və normativ tələblər.
Tələblər:
- İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
- Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Excel bilikləri (Power BI, SQL proqramını bilənlərə üstünlük veriləcək);
- Komandada işləmək bacarığı və effektiv ünsiət qabiliyyəti;
- Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus və İngilis dilləri orta səviyyədə;
- Sürətli öyrənmə qabiliyyəti, stresə dözümlülük və gərgin iş rejimində işləmək bacarığı.
İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.