Biz kimi axtarırıq?
Əgər sən:
- Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
- Yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,
- Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
- Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,
Deməli, sən bizim axtardığımız namizədsən!
Səni nələr gözləyir?
- Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
- Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
- E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
- İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
- Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.
Səndən gözləntilərimiz:
- Şirkətin satış strategiyasını hazırlamaq və həyata keçirmək.
- Satış komandası ilə birgə illik və rüblük satış hədəflərinin müəyyən edilməsi və onların icrasını təmin etmək.
- Müştəri bazasının genişləndirilməsi üçün strategiyalar hazırlamaq və yeni müştəriləri cəlb etmək.
- Rəqib analizi aparmaq və bazar trendlərinə uyğun innovativ həllər təklif etmək.
- Şirkətin məhsul və xidmətlərinin bazarda düzgün mövqeyini təmin etmək.
- Satış proseslərinin səmərəliliyini artırmaq üçün təkliflər vermək və onların tətbiqinə nəzarət etmək.
- Rəhbərliyə dövri satış hesabatlarını təqdim etmək və strategiya üzrə müzakirələr aparmaq.
Tələblər:
- Satış sahəsində minimum 3-5 illik təcrübə (menecer vəzifəsində iş təcrübəsi üstünlükdür).
- Azərbaycan dilində mükəmməl, ingilis və rus dilində yaxşı səviyyədə danışıq bacarığı.
- Liderlik, strateji düşünmə və analitik bacarıqlar.
- Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.
- Fintech və rəqəmsal xidmətlər haqqında biliklər arzuolunandır.
Biz nə təklif edirik?
- Rəqabətədavamlı əməkhaqqı.
- Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
- Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
- Peşəkar və karyera inkişafı üçün imkanlar.
- Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
- Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!
Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni Müraciət et butonunda qeyd olunan email ünvanına göndər.
YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur!