Y YIĞIM Payment System
  • 286

YIĞIM Payment System

Kapital bazarı

Satış Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri

  • Deadline 28 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz kimi axtarırıq?

Əgər sən:

  • Maliyyə texnologiyaları sahəsində çalışmaq və peşəkar komandamızla birlikdə inkişaf etmək istəyirsənsə,
  • Yaradıcı yanaşmanı sevir və çətinliklərdən çəkinmirsənsə,
  • Mürəkkəb məsələləri sadə və anlaşılan edə bilirsənsə,
  • Bazardan bir addım öndə olan layihələrdə iştirak etmək arzusundasansa,

Deməli, sən bizim axtardığımız namizədsən!

Səni nələr gözləyir?

  • Biznes üçün innovativ ödəniş həlləri hazırlamaq və tətbiq etmək.
  • Visa, MasterCard, American Express tərəfindən sertifikatlaşdırılmış ən qabaqcıl texnologiyalarla, eləcə də TOP banklar və aparıcı beynəlxalq və yerli brendlərlə işləmək.
  • E-commerce həlləri, ödəniş platformaları və xidmətlər yaratmaq.
  • İnnovasiyaları tətbiq etmək və komandamızla birlikdə ödənişləri daha sürətli, etibarlı və təhlükəsiz etmək.
  • Bazarın önündə olmaq və sənayeni dəyişəcək yeni ideyalar təklif etmək.

Səndən gözləntilərimiz:

  • Şirkətin satış strategiyasını hazırlamaq və həyata keçirmək.
  • Satış komandası ilə birgə illik və rüblük satış hədəflərinin müəyyən edilməsi və onların icrasını təmin etmək.
  • Müştəri bazasının genişləndirilməsi üçün strategiyalar hazırlamaq və yeni müştəriləri cəlb etmək.
  • Rəqib analizi aparmaq və bazar trendlərinə uyğun innovativ həllər təklif etmək.
  • Şirkətin məhsul və xidmətlərinin bazarda düzgün mövqeyini təmin etmək.
  • Satış proseslərinin səmərəliliyini artırmaq üçün təkliflər vermək və onların tətbiqinə nəzarət etmək.
  • Rəhbərliyə dövri satış hesabatlarını təqdim etmək və strategiya üzrə müzakirələr aparmaq.

Tələblər:

  • Satış sahəsində minimum 3-5 illik təcrübə (menecer vəzifəsində iş təcrübəsi üstünlükdür).
  • Azərbaycan dilində mükəmməl, ingilis və rus dilində yaxşı səviyyədə danışıq bacarığı.
  • Liderlik, strateji düşünmə və analitik bacarıqlar.
  • Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.
  • Fintech və rəqəmsal xidmətlər haqqında biliklər arzuolunandır.

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı.
  • Peşəkar mühit: Mərkəzdə yerləşən, müasir tələblərə cavab verən rahat ofis, həftədə 5 iş günü (09:00-18:00).
  • Rəsmi işə qəbul: Azərbaycan qanunvericiliyinə uyğun əmək müqaviləsi.
  • Peşəkar və karyera inkişafı üçün imkanlar. 
  • Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
  • Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!

Əgər biz sənin haqqında danışırıqsa – bizə yaz! CV-ni Müraciət et butonunda qeyd olunan email ünvanına göndər.

YIĞIM Payment System-ə qoşul və fintexin gələcəyini bizimlə birlikdə qur! 

  • Daily11
  • Weekly285
  • Monthly2884