Y Yükdaşıma Şirkəti
  • 352

Mexanik

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə (peşə) funksiyaları:

  • Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;
  • Xətlərdə avtomobillərin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirmək və təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Yeni ehtiyat hissələrinin qəbulunda və eləcə də aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak etmək, qəza xarakterli zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirmək;
  • Nəqliyyat vasitələrinin dayanıqlı istismarı və vaxtında təmirini təşkil etmək, daim saz vəziyyətdə olmasını təmin etmək;
  • Nəqliyyatın stabil fəaliyyətinin təmin edilməsində, habelə təmirinin aparılmasında iştirak edən podratçılarla işləri təşkil etmək;
  • Nəqliyyat vasitəsinə zəruri olan (yanğın söndürən, tibb çantası və. s) avadanlıq və əşyaların daima saz və yeni vəziyyətdə olmasına nəzarət etmək;
  • İllik büdcənin planlanması məqsədilə təklifləri və tələb olunan məlumatları vermək;
  • Sürücülərin effektiv fəaliyyətini təmin və təşkil etmək;
  • Sürücülərin maarifləndirilməsi üçün təlim və tədrislərin təşkilini tələb etmək;
  • Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Mütəmadi olaraq tələb edilən hesabatları təmin edilmək;
  • İşləri şəffaf, düzgün və vaxtlı-vaxtında yerinə yetirmək;
  • Rəhbərliyin təqdim etdiyi əlavə tapşırıqları icra etmək.

Tələblər:

  • MS Office proqramları üzrə istifadə bacarıqları;
  • Avtomaşınların texniki xarakteristikasını bilməli;
  • Texnikanın istismarı normativini bilməli;
  • Yol-nəqliyyat işinin təşkilini bilməli;
  • Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Orta texniki və ya peşə təhsilinin olması.

Əlavə məlumat:

  • İş yeri: Qaradağ rayonu
  • İş yerinə çatdırılma və nahar təmin olunur

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 26.05.24

  • Günlük1
  • Həftəlik622
  • Aylıq363