Y Yükdaşıma Şirkəti
  • 336

Yük avtomobili (özüboşaldan) sürücüsü

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yük avtomobili (özüboşaldan) sürücüsü

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə (peşə) funksiyaları:

  • Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, yarımqoşqulu özüboşaldan yük avtomobilinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını  təmin etmək;
  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin  etmək;
  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış yarımqoşqulu özüboşaldan yük avtomobilinin qəbulunda bilavasitə iştirak etmək;
  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobili üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; nəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobili üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin  verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək;
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Yanacaq, yağ və hidravlik maye daxil olmaqla maye səviyyələrini yoxlamaq və lazım olduqda mexanikə xəbər vermək;
  • Düzgün işləməsini təmin etmək üçün bütün idarəetmə vasitələri, əyləclər, işıqlar, siqnal və digər təhlükəsizlik xüsusiyyətlərini yoxlamaq;
  • Qaldırmadan əvvəl yükün ağırlığını və dayanıqlığını qiymətləndirmək, onun yarımqoşqulu özüboşaldan yük avtomobilinin nominal gücü daxilində olduğundan və çəngəllərdə düzgün balanslaşdırılmış olduğundan əmin olmaq;
  • Müxtəlif növ yüklər üçün palet çəngəlləri və ya sıxaclar kimi müvafiq əlavələrdən istifadə etmək;
  • Yükü rəvan şəkildə qaldırmalı və əyilmə və ya yerdəyişmənin qarşısını almaq üçün qəfil hərəkətlər etməməli;
  • Sabitliyi və görmə qabiliyyətini qorumaq üçün səyahət edərkən yükü aşağı və arxaya əyilmiş saxlamalı;
  • İş sahəsi daxilində qeyd olunmuş bütün sürət həddi və yol nişanlarına əməl etməli;
  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin sürücüsü müəssisənin daxili qaydalarına, nəqliyyat vasitəsinin idarəetmə təlimatının tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməlidir.

Yük avtomobili sürücüsü aşağıdakılara məsuliyyət daşıyır:

  • Qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində bu vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə borclarını yerinə yetirmədikdə və lazımi qaydada yerinə yetirmədikdə;
  • İnzibati, cinayət və mülki qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində öz fəaliyyəti prosesində yol verdiyi hüquq pozmalarda;
  • Əmək, cinayət və mülki qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində maddi ziyan vurduqda;
  • Məxfi məlumatları saxlamaqda;
  • Xidməti subordinasiyanı pozduqda, vəzifələrini vaxtında və keyfiyyətli yerinə yetirmədikdə;
  • İstehsalat intizamını və əmək rejimi qaydalarını pozduqda.

Tələblər:

  • İstifadə etdiyi yarımqoşqulu özüboşaldan yük avtomobilinin istismarı üzrə təlimatlara, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Sürücülük vəzifəsi üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • B, C, E kateqoriyaları üzrə sürücülük vəsiqəsi;
  • Xarici pasportu;
  • TAXO kartı;
  • Beynəlxalq yük daşıması üçün xüsusi şəhadətnamə.

Qeyd: Özüboşaldan nəqliyyat vasitələri həm daxildə, həmdə ölkə xaricində yük daşımalarını həyata keçirəcəkdir.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 26.05.24

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363