Yüksel Proje Anonim Şirketi-nin Azərbaycan Respublikasındakı Filialı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün Geodeziya və xəritə mühəndisi vəzifəsinə namizədlər axtarır.
Vəzifə öhdəlikləri
- Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsi;
- Dəmir yolu, avtomobil yolu və digər infrastruktur layihələri üzrə geodeziya işlərinin aparılması;
- Topoqrafik ölçmə məlumatlarının emalı və təhlili;
- Rəqəmsal ərazi modellərinin, topoqrafik planların, uzununa və eninə profillərin hazırlanması;
- Koordinat sistemləri və geodeziya istinad şəbəkələri ilə işləmək;
- Layihə sənədlərinin hazırlanması və texniki yoxlanılması;
- Sahə və ofis işlərinin koordinasiyası;
- Texniki hesabatların hazırlanması;
- Digər mühəndislik bölmələri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi.
Namizədə dair tələblər
- Geodeziya, xəritəçilik, geomatika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- AutoCAD və Civil 3D proqramlarında işləmək bacarığı;
- ArcGIS və QGIS proqramları üzrə biliklər üstünlükdür;
- GNSS/GPS, Total Station və nivelir avadanlıqları ilə işləmək bacarığı;
- İnfrastruktur layihələrində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini sərbəst bilmək, türk və ingilis dili bilikləri üstünlükdür;
- Analitik düşünmə, məsuliyyətlilik və komandada işləmək bacarığı;
- Ezamiyyətlərə getmək imkanının olması.
İş şəraiti
- İş yeri: Zəngilan rayonu;
- İş rejimi: Tam iş günü;
- Rəsmiləşdirmə: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun;
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək;
- İrimiqyaslı yerli və beynəlxalq mühəndislik layihələrində iştirak;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Geodeziya və xəritə mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.