Geodeziya və xəritə mühəndisi

  • Истекает 25 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yüksel Proje Anonim Şirketi-nin Azərbaycan Respublikasındakı Filialı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün Geodeziya və xəritə mühəndisi vəzifəsinə namizədlər axtarır.

Vəzifə öhdəlikləri

  • Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsi;
  • Dəmir yolu, avtomobil yolu və digər infrastruktur layihələri üzrə geodeziya işlərinin aparılması;
  • Topoqrafik ölçmə məlumatlarının emalı və təhlili;
  • Rəqəmsal ərazi modellərinin, topoqrafik planların, uzununa və eninə profillərin hazırlanması;
  • Koordinat sistemləri və geodeziya istinad şəbəkələri ilə işləmək;
  • Layihə sənədlərinin hazırlanması və texniki yoxlanılması;
  • Sahə və ofis işlərinin koordinasiyası;
  • Texniki hesabatların hazırlanması;
  • Digər mühəndislik bölmələri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi.

Namizədə dair tələblər

  • Geodeziya, xəritəçilik, geomatika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • AutoCAD və Civil 3D proqramlarında işləmək bacarığı;
  • ArcGIS və QGIS proqramları üzrə biliklər üstünlükdür;
  • GNSS/GPS, Total Station və nivelir avadanlıqları ilə işləmək bacarığı;
  • İnfrastruktur layihələrində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilini sərbəst bilmək, türk və ingilis dili bilikləri üstünlükdür;
  • Analitik düşünmə, məsuliyyətlilik və komandada işləmək bacarığı;
  • Ezamiyyətlərə getmək imkanının olması.

İş şəraiti

  • İş yeri: Zəngilan rayonu;
  • İş rejimi: Tam iş günü;
  • Rəsmiləşdirmə: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun;
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək;
  • İrimiqyaslı yerli və beynəlxalq mühəndislik layihələrində iştirak;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Geodeziya və xəritə mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily26
  • Weekly309
  • Monthly1782