Mebel mağazamıza Satış üzrə mütəxəssis axtarılır.
İş şəraiti
- İş qrafiki: 09:00–18:30
- Əmək haqqı: 700–800 AZN
- İş yeri: Yunik Furniture MMC
Əsas vəzifələr:
- Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
- Müştərinin ehtiyaclarını müəyyən edərək uyğun məhsul təklif etmək
- Satış prosesini idarə etmək
- Mağazada məhsulların səliqəli və düzgün təqdimatını təmin etmək
- Satış hədəflərinə çatmaq
Tələblər:
- Səliqəli, ünsiyyətcil və məsuliyyətli olmaq
- Satış sahəsində iş təcrübəsi arzuolunandır
- Mebel və interyer sahəsinə maraq
- Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı
- Komandada işləmək bacarığı
- Ofis proqramlarından istifadə bacarığı
- Azərbaycan dili əsasdır
- Rus dili biliyi tələb olunur
- İngilis dili biliyi arzuolunandır
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və (055) 222 26 66 Whats App nömrəsinə göndərə bilərlər.
Vacib qeyd: Tələblərə cavab verməyən , və subject-də vakansiyanın adı və şəkli qeyd edilməyən CV-lərə baxılmıyacaq!