Zarat Şirkətlər Qrupu peşəkar komandasına Aparıcı mühasib vəzifəsinə namizəd axtarır!
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 1 500–1 800 AZN
- İş rejimi 6 gün
Əsas vəzifələr:
- Mühasibat uçotunun aparılması və maliyyə sənədlərinin yoxlanılması;
- Vergi və maliyyə hesabatlarının hazırlanması;
- Debitor və kreditor borclarına nəzarət;
- Bank əməliyyatları və hesablaşmaların uçotu;
- Anbar qalıqlarının, mal-material ehtiyatlarının və istehsal xərclərinin uçotuna nəzarət;
- Məhsulun maya dəyərinin hesablanması;
- Aylıq və illik hesabatların hazırlanması.
Namizədə tələblər:
- Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- 1C və MS Excel proqramlarında işləmək bacarığı;
- Vergi və mühasibat uçotu qanunvericiliyini bilmək;
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.
Üstünlük veriləcək: İstehsalat müəssisələrində, xüsusilə məhsulun maya dəyərinin hesablanması və anbar uçotu sahəsində təcrübəsi olan namizədlərə.
Müraciət: mövzu hissəsində “Aparıcı mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.