Kənd təsərrüfatı və yem istehsalı sahəsində fəaliyyət göstərən, ölkənin aparıcı aqrosənaye müəssisələrindən biridir. Şirkətimizin mühasibatlıq şöbəsinə peşəkar kadr dəvət olunur.
Vəzifə öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin işlənməsi və sistemə daxil edilməsi;
- Debitor və kreditor əməliyyatlarının uçotunun aparılması;
- Kassa və bank əməliyyatlarının icrası;
- Vergi, DSMF və Statistika orqanlarına təqdim edilən hesabatların hazırlanmasına dəstək;
- Baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Xanım namizədlərə üstünlük verilir
- Ali və ya orta ixtisas təhsili (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqədar sahə üzrə);
- Mühasibatlıq sahəsində minimum 1–3 il iş təcrübəsi;
- Vergi Məcəlləsi, mühasibat uçotu və hesabatlıq üzrə biliklər;
- Mühasibatlıq proqramlarında (1C, Logo və s.) işləmə bacarığı;
- MS Excel və digər ofis proqramlarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Üstünlüklər:
- ACCA üzrə ilkin biliklərin olması;
- İngilis və ya rus dili bilikləri;
- Istehsalat müəssisəsində iş təcrübəsi.
Şərtlər:
- İş qrafiki: Tam ştat (6 gün);
- İş yeri: Bakı,
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydası:
- Uyğun namizədlər CV-ni mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.