Zarat Şirkətlər Qrupu peşəkar komandasına inkişaf etməyə, yeniliklərə açıq və işində məsuliyyətli, yüksək ünsiyyət bacarıqı olan təcrübəli Ofis Meneceri axtarır!
Əsas vəzifə və məsuliyyətlər
- Daxil olan zəngləri, elektron məktubları və müraciətləri operativ yönləndirmək, cavablandırılmasını izləmək;
- Rəsmi məktubları, arayışları və digər inzibati sənədləri peşəkar üslubda hazırlamaq;
- Ofis ləvazimatları və inzibati xidmətlər üzrə ehtiyacları, sifarişləri və xərclərin uçotunu izləmək;
- Rəhbərliyə görülmüş işlər və açıq məsələlər barədə qısa, strukturlaşdırılmış hesabat təqdim etmək;
- Məxfi məlumatlarla işləyərkən dəqiqliyi və konfidensiallığı qorumaq.
Namizədə tələblər
- Ali təhsil;
- Ofis idarəçiliyi, inzibati koordinasiya və ya rəhbər köməkçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, rəsmi yazışma bacarığı;
- MS Excel, Word və Outlook proqramlarından istifadə;
- Problemləri vaxtında görmək, həll variantları təklif etmək və verilmiş səlahiyyət daxilində müstəqil işləmək;
- İşgüzar etika, detallara diqqət və nəticəyə görə məsuliyyət.
- Yaş həddi 30+ olanlara üstünlük veriləcəkdir.
İş şəraiti
- İş qrafiki: 6 günlük (şənbə günü qısa)
- Əmək haqqı: bilik və bacarıqlara əsasən ilkin 500-600 AZN
CV-lərinizi mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.