Vəzifə öhdəlikləri
- Müəssisədə mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun təşkil edilməsi;
- Maliyyə və vergi hesabatlarının hazırlanmasına və təqdim edilməsinə nəzarət;
- Kassa və bank əməliyyatlarına nəzarət;
- Debitor və kreditor borclarının uçotunun aparılması;
- Əməkhaqqı və digər ödənişlərin hesablanmasına nəzarət;
- Anbar və istehsalat üzrə mühasibat uçotunun aparılmasına nəzarət;
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
- Mühasibatlıq şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması;
- Rəhbərliyə maliyyə hesabatlarının və müvafiq məlumatların təqdim edilməsi.
Namizədə tələblər
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Baş mühasib vəzifəsində iş təcrübəsi;
- Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə bilik;
- 1C proqramı üzrə işləmə bacarığı;
- MS Office, xüsusilə Excel proqramında yaxşı istifadə bacarığı;
- Vergi və digər məcburi hesabatların hazırlanması üzrə təcrübə;
- Analitik düşüncə və məsuliyyətlilik;
- Komanda idarəetmə bacarığı;
- İstehsalat müəssisəsində iş təcrübəsi mütləqdir, kəsim sahəsində isə arzuolunandır.
İş şəraiti
- İş rejimi: 6 günlük iş həftəsi;
- İş yeri: Abşeron rayonu, Digah kəndi;
- Əmək haqqı: Müsahibə zamanı;
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində “Baş mühasib” qeyd olunması xahiş olunur.