Zayam Technologies Park OJSC Zayam Technologies Park OJSC
  • 109

Zayam Technologies Park OJSC

Digər

Boya işləri üzrə keyfiyyətə nəzarət müfəttişi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Boya işləri üzrə keyfiyyətə nəzarət müfəttişi

  • Deadline 30 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC  “Boya işləri üzrə keyifyyətə nəzarət müfəttişi” axtarışındadır.

Tələblər:

  • Təhsil: Ali 
  • İş təcrübəsi: Boya mütəxəssisi kimi 2 il (Tikinti layihələri, metal konstruksiya və bənzəri sahədə)
  • MS office  yaxşı səviyyədə bilməli 
  • İngilis və rus dilləri bilmək 
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
  • BGAS Level 2 sertifikatına sahib olmaq üstünlükdür.

İş öhdəlikləri:

  • İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş  boyama işlərini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olmadığını yoxlamaq;
  • Normativ sənədlərin hazırlanması;
  • Material, işçi heyəti və müştəri ehtiyaclarını əvvəlcədən müəyyən edərək, istehsalat rəhbərinə bildirmək;
  • Göstərilən iş proqramına uyğun olaraq  boyama sahəsində təfsilatlı iş proqramı hazırlamaq;
  • Günlük və aylıq hesabatları hazırlamaq;
  • Boyama sahəsində daşınma işlərini həyata keçirilməsinə nəzarət etmək və istehsalat rəisinə məlumat vermək;
  • Detalların və metal konstruksiyaların qumlama, boyama prosesini nəzarətdə saxlamaq, spesifikasiya tələblərinə uyğunluğunun yoxlanılmasını təşkil etmək,
  • Təsdiq edilmiş layihələri yoxlayaraq, boyama işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
  • Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
  • Boyama üsulları və standartlarını bilməli;
  • Yeni istehsal olunan metallarda metal səthlərin boyama prosesinə hazırlanması, boya tətbiq ediləcək səthin müxtəlif qalıqlardan təmizlənməsi, səthlər üzərində cilalama, təmir, bərkitmə və tamamlama işlərinin həyata keçirilməsinə nəzarət etmək;
  •  Bütün peşə alət və avadanlıqlarında işlək, onların texniki cəhətdən saz saxlanmasına nəzarət etmək;
  • Ehtiyac olduğu təqdirdə səthlərə örtük çəkmək və naqillərin üzərini bağlatdırmaq;
  • İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
  • Keyfiyyətə Nəzarət tələblərinin təmin edilməsinə nəzarət etmək; 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

İş qrafiki:

  • 5 günlük iş rejimi
  • 08:00-17:00 iş saatları
  • 12:00-13:00 nahar fasiləsi
  • İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
  • Təminatlar: gündə 3 dəfə qidalanma və yerləşmə

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Boya işləri üzrə keyfiyyətə nəzarət müfəttişi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily154
  • Weekly635
  • Monthly997