AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Maliyyə mütəxəssisi” axtarışındadır.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: maliyyə mütəxəssisi kimi 3 il (Tikinti layihələri, metal konstruksiya, dəqiq emal və bənzəri sahədə)
- MS office yaxşı səviyyədə bilməli
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
İş öhdəlikləri:
- Bank əməliyyatlarının icrası,
- Köçürülən məbləğlərin alt sənədlərinin (müqavilə, akt, qiymət razılaşması) düzgünlüyünün yoxlanılması,
- ƏDV depozit hesabı üzrə ödənişlər və daxilolmaların icrası və ERP sisteminə işlənməsi
- Bank hesablarına daxil olan və köçürülən məbləğlərin sistemdə carilər üzrə gündəlik hesablara işlənməsi,
- Bank və cari hesab qalıqlarına nəzarət və reyestrinin aparılması,
- E-taxes.gov.az portalı üzərindən daxil olan e-qaimələrin reyestrinin aparılması, icrasına nəzarət,
- Daxil olan qaimələr üzrə aidiyyati şəxslərin gündəlik məlumatlandırılması,
- Tenderlərlə bağlı maliyyə məlumatlarının tərtibi və sair gündəlik cari işlər,
- Satışların fakturalanması üçün müqavilə, qiymət razılaşması və aktların müvafiq şöbədən tələb edilməsi,
- Satış üçün E-qaimələrin işlənməsi, sənədlərin arxivləşdirilməsi,
- Alış (Stok və xidmət) əməliyyatlarının fakturalaşdırılması.
İş qrafiki:
- 5 günlük iş rejimi
- 09:00-18:00 iş saatları
- 13:00-14:00 nahar fasiləsi
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Maliyyə mütəxəssisi” yazaraq elektron poçt göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.