Azmade Groupa daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Sənəd dövriyyəsi üzrə mütəxəssis” axtarışındadır.
Tələblər:
- Təhsil: Ali təhsil/Texniki təhsil
- İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində 3 il
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
- Karguzarlığın aparılması qaydalarını bilməli.
İş öhdəlikləri:
- Layihələr üzrə daxil olan bütün texniki və inzibati sənədlərin qəbul edilməsi, qeydiyyatı və sistemləşdirilməsi
- Sənədlərin daxili prosedur və standartlara uyğunluğunun yoxlanılması
- Sənədlərin elektron dövriyyə sistemində yerləşdirilməsi və yenilənməsi
- Layihə komandası (mühəndislər, dizaynerlər və digər şöbələr) ilə sənəd mübadiləsinin koordinasiyası
- Müştəri və podratçılarla sənədlərin rəsmi qaydada paylaşılması və izlənməsi
- Sənəd dövriyyəsi üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Sənədlərin məxfilik qaydalarına uyğun idarə olunmasının təmin edilməsi
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icrasını həyata keçirmək.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş rejimi
- Həftə içi iş saatları: 08:00-16:00
- Şənbə günü: 08:00-14:00
- 12:00-13:00 nahar fasiləsi
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
- İş yeri: Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Sənəd dövriyyəsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.