Zəyəm Texnologiyalar parkının əsası 1962-ci ildə qoyulmuş və Bakı avtomobil ehtiyat hissələri zavodunun filialı kimi fəaliyyətə başlamışdır. Zəyəm Texnologiyalar Parkının inkişaf konsepsiyası milli sənayenin inkişafı, milli brendlərin yaradılması, regionlarda istehsalın təkmilləşdirilməsi, istehsalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşması eləcədə, ölkənin ixrac potensialının artırılması, yeni xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsi üzərindən qurulmuşdur. Bunun üçün müəssisə ən qabaqcıl istehsal texnologiya və avadanlıqları ilə təchiz edilmiş, peşəkar mütəxəssislər işə cəlb edilmişdir. Zəyəm Texnologiyalar Parkı müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri,metal körpü estakadalar,konteynerlər, silolar, çənlər, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif tipli sənaye qəliblər, kənd təsərrüfat aqreqatları ,bina ,tunel,yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar,ekskavatorlar,qreyderlər,buldozerlər) ehtiyat hissələri (vallar,oxlar,dişli çarxlar,muftalar,oymaqlar ) və s. istehsal edir.
Tariximiz
Zayam Technologies Park OJSC Smeta mühəndisi