Namizədə dair tələblər:
Texniki bacarıqlar
- Mal-materialların anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili bilgisi üstünlükdür
- Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)
- 1C 8.3 üzrə biliklər
Yumşaq bacarıqlar
- Yazılı və şifahi ünsiyyət bacarığı
- Komanda da işləmək bacarığı
- Operativlik
- Dəqiq və diqqətli olmaq
- Məsuliyyətlilik
- Nəticəyönümlük
Xüsusi tələblər:
- Ali təhsil (bakalavr)
- İş təcrübəsi: Müvafiq və ya oxşar sahələr üzrə minimum 2 il
- Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər) olan namizədlərə üstünlük veriləcəkdir.
Əsas vəzifə öhdəlikləri:
- Mal-materialın qəbulu,təhvili,sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması
- Materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək
- Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək
- Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların 1C: 8.3 proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda işlənilməsini təmin etmək
- Anbarlarda olan mal-materialların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək
- Əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Ağdam və Bərdə rayonlarından servis mövcuddur
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Ağdam, Bərdə, Xankəndi, Tərtər, Mingəçevir, Gəncə, Yevlax, Goranboy və.s qərb region üzrə şəhərlər
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.