“Bağçılıq üzrə təcrübə proqramı”
- Təcrübə müddəti – 6 ay (Təcrübə müddətini uğurla keçən təcrübəçilər şirkətin vakansiyalarında dəyərləndiriləcəkdir)
Namizədə dair tələblər:
Texniki bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı)
- Microsoft Office proqramları istifadəsi
- 1C proqram təminatı istifadəsi
Yumşaq bacarıqlar
- Məsuliyyətlilik
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Operativlik
- Dəqiq və diqqətcil
- Nəticəyönümlülük
- Analiz etmə və problemləri həll etmə bacarığı
Xüsusi tələblər:
- Ali təhsil (Aqronomiya üzrə)
Əsas icra edəcəyi vəzifələr:
- Şöbənin aparıcı aqronom heyəti tərəfindən gündəlik işlərin qeydiyyata alınması
- Sifariş olunan mal-materialların alış prosesinin izlənməsi və sifarişçiyə məlumatın verilməsi
- Bağçılıq şöbəsinə lazım olan mal-materialların anbardan çıxarılması işinin aparılması
- Şöbənin əməkdaşları ilə bağlı davamiyyət, icazə, avans, məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti şöbəyə təqdim edilməsində dəstək;
- Sahə ilə bağlı məlumatların izlənilməsi və yoxlanması işində şöbənin aqronom heyətinə köməkliyin göstərilməsi
- Bağçılıq şöbəsinin əməkdaşlarının tələb etdiyi mal-material adlarının qeydiyyatının aparılması tələbnamələrin hazırlanması və 1C proqramına işlənilməsinə dəstək
- Əkin sahələrində sahə aqronomu ilə birgə daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlanmasında sahə aqronomuna kömək edir
- Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
- Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirilməsini aparır və sahə aqronomuna təqdim etmək üçün hesabatları hazırlayır
- Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsində iştirak edir
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Bərdə və ya Xankəndi şəhərində yaşayış yeri ilə təmin edilir
- İş yeri: Ağdam rayonu
- Minimum əmək haqqı
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.