Feldşer

  • Deadline 4 İyun 2025

Xüsusi tələblər:

  • Tibb sahəsi üzrə orta-ixtisas təhsili
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş sertifikat
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1-2 il 
  • Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər) olan namizədlərə üstünlük veriləcəkdir.

Əsas vəzifə öhdəlikləri:

  • Təsərrüfatda ola biləcək zədələnmələr, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək
  • Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək
  • Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxslərin aidiyyəti üzrə tibbi müalicə profilaktika müəssisələrinə yönləndirilməsini təmin etmək
  • Təcili tibbi yardım şkafında, sahələrdə və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək

İş şərtləri:

  • İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Bərdə və Ağdam rayonlarından iş sahəsinə avtobus ilə çatdırılma mövcuddur
  • İş yeri: Ağdam rayonu
  • Əmək haqqı ştat cədvəlinə uyğun olaraq

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily13
  • Weekly376
  • Monthly582