Namizədə dair tələblər:
Texniki bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili bilgisi üstünlükdür
- Azərbaycan Respublikası Əmək Məcəlləsi haqqında nəzəri biliklər
- Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)
- 1C 8.3 üzrə biliklər
Yumşaq bacarıqlar
- Ünsiyyət qurma bacarığı
- Məsuliyyətli
- Operativ
- Dəqiq və diqqətcil
- Nəticəyönümlü
Xüsusi tələblər:
- Ali təhsil (bakalavr)
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il
- Qadın namizədlərə üstünlük veriləcəkdir
- Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər, Gəncə, Mingəçevir və.s) olan namizədlərə üstünlük veriləcəkdir.
Əsas vəzifə öhdəlikləri:
- ƏMAS və İSB portallarında əməliyyatların aparılması
- işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, şəxsi işlərin hazırlanması, işçilərin onlayn əmək müqavilələrini təsdiqləməsi kimi İnsan Resurslarının əməliyyatlar funksiyası üzrə prosesləri icra etmək
- Performansın idarəolunması və işçi qiymətləndirilməsi sisteminin təşkili və tətbiqində rol almaq
- Təlim ehtiyaclarını müəyyən etmək və işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin planlaşdırılmasında iştirak etmək
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Xankəndi və ya Bərdə şəhərində yaşayış yeri şirkət tərəfində təmin edilir
- İş yeri: Ağdam rayonu
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 05.04.2025