İş yeri: Ağdam şəhəri
Vəzifə öhdəlikləri:
Əsas Vəzifələr və Öhdəliklər:
- Maliyyə hesabatlarını və məlumatları təhlil edərək strateji qərarlar üçün tövsiyələr vermək.
- Şirkətin maliyyə büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və pul vəsaitlərinin səmərəli istifadəsini təmin etmək.
- Maliyyə risklərini müəyyən etmək və onları ən az səviyyədə saxlamaq yollarını tapmaq.
- Qanunvericiliyə uyğun olaraq aylıq, illik maliyyə hesabatları və fəaliyyət hesabatları hazırlamaq.
- Bütün maliyyə əməliyyatlarının və vergi ödənişlərinin qanunvericiliyə uyğun olmasını təmin etmək.
- Mühasibat uçotunun və anbar əməliyyatlarının dəqiq və müntəzəm aparılmasına nəzarət etmək.
- Maliyyə şöbəsinin ümumi fəaliyyətinə nəzarət etmək.
Namizədə tələblər:
- Sahə üzrə ali təhsil
- Minimum 5 il, rəhbər vəzifədə minimum 2 il
- Maliyyə sektorunda planlama, analiz və idarəetmə üzrə təcrübə
- Vergi qanunvericiliyi, maliyyə qaydaları və standartları haqqında dərin məlumat.
- MS Excel (yüksək səviyyə).
- 1C proqramı maliyyə modulları ilə işləmək bacarığı.
- PMS sertifikatı
- Kənd təsərrüfatı sektorunda fəaliyyəti üstünlükdür
- Xarici dil biliyi – İngilis dili yaxşı səviyyədə, rus dili üstünlükdür
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
- Dəqiqlik və yüksək məsuliyyət hissi.
- Ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi – Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Bərdə və ya Ağdam şəhərində yaşayış yeri şirkət tərəfindən təmin edilir
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə meneceri” başlığı ilə göndərə bilərsiniz.
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.