Zəfər Bağları Zəfər Bağları
  • 736

Zəfər Bağları

Food Products

Maliyyə Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə Meneceri

  • Deadline 16 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Ağdam şəhəri

Vəzifə öhdəlikləri:

Əsas Vəzifələr və Öhdəliklər:

  • Maliyyə hesabatlarını və məlumatları təhlil edərək strateji qərarlar üçün tövsiyələr vermək.
  • Şirkətin maliyyə büdcəsini hazırlamaq, xərcləri optimallaşdırmaq və pul vəsaitlərinin səmərəli istifadəsini təmin etmək.
  • Maliyyə risklərini müəyyən etmək və onları ən az səviyyədə saxlamaq yollarını tapmaq.
  • Qanunvericiliyə uyğun olaraq aylıq, illik maliyyə hesabatları və fəaliyyət hesabatları hazırlamaq.
  • Bütün maliyyə əməliyyatlarının və vergi ödənişlərinin qanunvericiliyə uyğun olmasını təmin etmək.
  • Mühasibat uçotunun dəqiq və müntəzəm aparılmasına nəzarət etmək.
  • Maliyyə şöbəsinin ümumi fəaliyyətinə nəzarət etmək.

Namizədə tələblər:

  • Sahə üzrə ali təhsil
  • Minimum 5 il, rəhbər vəzifədə minimum 2 il
  • Maliyyə sektorunda planlama, analiz və idarəetmə üzrə təcrübə
  • Vergi qanunvericiliyi, maliyyə qaydaları və standartları haqqında dərin məlumat.
  • MS Excel (yüksək səviyyə).
  • 1C proqramı maliyyə modulları ilə işləmək bacarığı.
  • Kənd təsərrüfatı sektorunda fəaliyyəti üstünlükdür
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
  • Dəqiqlik və yüksək məsuliyyət hissi.
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş saatı: 09:00-18:00 (Bazar ertəsi – Cümə)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Bərdə və ya Ağdam şəhərində yaşayış yeri şirkət tərəfindən təmin edilir
  • İş yeri: Ağdam şəhəri
  • Əmək haqqı ştat cədvəlinə uyğun olaraq

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə meneceri” başlığı ilə göndərə bilərsiniz.

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily11
  • Weekly11
  • Monthly1443