Zəfər Bağları Zəfər Bağları
  • 263

Mühəndis elektrik

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühəndis elektrik

  • Истекает 17 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Tikinti və təmir obyektlərində elektrik sistemlərinin (işıqlandırma, enerji təchizatı, zəif cərəyan sistemləri və s.) layihələndirilməsi və montajına rəhbərlik etmək.
  • Layihə üzrə elektrik sxemlərinin, planlarının və texniki sənədlərin hazırlanmasında iştirak etmək.
  • Elektrik avadanlıqlarının seçimi, quraşdırılması və istismar tələblərinə uyğunluğunu təmin etmək.
  • Tikinti prosesində elektrik işlərinin texniki nəzarətini həyata keçirmək, uyğunsuzluqları vaxtında aradan qaldırmaq.
  • İşlərin keyfiyyətinə, təhlükəsizliyinə və enerji səmərəliliyinə nəzarət etmək.
  • Elektrik işlərinin görülməsi üçün tələb olunan material və avadanlıq siyahısını hazırlamaq və Satınalma şöbəsi ilə koordinasiya etmək.
  • Mövcud elektrik infrastrukturunda yaranan nasazlıqların təhlili və aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq.

Namizədə tələblər:

  • Ali təhsil 
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq
  • Problemlərin analizi və operativ həll bacarığı
  • Elektrik təhlükəsizliyi üzrə ixtisas qrupu (4-cü qrup).

İş şərtləri:

  • İş saatı: 09:00-18:00 (Bazar ertəsi – Cümə)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Bərdə rayonunda yaşayış yeri təmin edilir
  • İş yeri: Ağdam rayonu
  • Əmək haqqı ştat cədvəlinə uyğun olaraq

CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Mühəndis elektrik” başlığı ilə göndərə bilərsiniz.

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily16
  • Weekly615
  • Monthly1708