Zəhmət Ruzi MMC (SAB) Zəhmət Ruzi MMC (SAB)
  • 358
Zəhmət Ruzi MMC (SAB)

Zəhmət Ruzi MMC (SAB)

Ərzaq məhsulların istehsalı

1C Admini

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1C Admini

  • Deadline 29 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnformasiya Texnologiyaları şöbəsində çalışmaq üçün peşəkar və məsuliyyətli 1C Admini vəzifəsinə namizədləri komandamıza dəvət edirik!
İş barədə məlumat:

  • Şöbə: İnformasiya Texnologiyaları
  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
  • İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan

Vəzifə öhdəlikləri:

  • 1C sisteminin fasiləsiz və stabil işləməsinin təmin edilməsi
  • Məlumatların ehtiyat nüsxəsinin yaradılması və bərpası
  • İstifadəçi giriş hüquqlarının və məlumat təhlükəsizliyinin qurulması
  • Proqram təminatının test edilməsi, yenilənməsi və texniki dəstəyin göstərilməsi
  • Məlumat bazaları arasında məlumat mübadiləsinin təşkili və xarici sistemlərlə inteqrasiya
  • Standart 1C modullarının təkmilləşdirilməsi və yeni modulların hazırlanması
  • Digər proqramlarla inteqrasiya və hesabatların hazırlanması
  • Konfiqurasiyaların optimallaşdırılması və yenilənməsi
  • Agent Plus proqramı ilə iş
  • 1C UT 10.3, KA 2.4 və ERP konfiqurasiyaları ilə işləmək
  • Mühasibat və anbar əməliyyatlarının aparılması
  • Satış, alış, anbar hərəkətləri üzrə sənədlərin sistemə daxil edilməsi
  • Analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Digər struktur bölmələrlə koordinasiyalı işləmək

Namizədə dair tələblər:

  • 1C proqramı üzrə minimum 3 il iş təcrübəsi (8.2 və ya 8.3)
  • MS Excel üzrə yaxşı biliklər
  • Anbar, satış və ya mühasibat uçotu sahəsində biliklər
  • Analitik düşünmə və operativ problem həll etmə bacarığı
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı
  • Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə təhsil (üstünlükdür)

Biz nə təklif edirik?

  • Motivasiyaedici və dəstəkləyici iş mühiti
  • Peşəkar inkişaf və təlim imkanları
  • Stabil və rahat iş şəraiti
  • Nahar təminatı

Müraciət üçün:
CV-lərinizi “1C Admini” başlığı ilə
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily1
  • Weekly150
  • Monthly1