İnformasiya Texnologiyaları şöbəsində çalışmaq üçün peşəkar və məsuliyyətli 1C Admini vəzifəsinə namizədləri komandamıza dəvət edirik!
İş barədə məlumat:
- Şöbə: İnformasiya Texnologiyaları
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
- İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan
Vəzifə öhdəlikləri:
- 1C sisteminin fasiləsiz və stabil işləməsinin təmin edilməsi
- Məlumatların ehtiyat nüsxəsinin yaradılması və bərpası
- İstifadəçi giriş hüquqlarının və məlumat təhlükəsizliyinin qurulması
- Proqram təminatının test edilməsi, yenilənməsi və texniki dəstəyin göstərilməsi
- Məlumat bazaları arasında məlumat mübadiləsinin təşkili və xarici sistemlərlə inteqrasiya
- Standart 1C modullarının təkmilləşdirilməsi və yeni modulların hazırlanması
- Digər proqramlarla inteqrasiya və hesabatların hazırlanması
- Konfiqurasiyaların optimallaşdırılması və yenilənməsi
- Agent Plus proqramı ilə iş
- 1C UT 10.3, KA 2.4 və ERP konfiqurasiyaları ilə işləmək
- Mühasibat və anbar əməliyyatlarının aparılması
- Satış, alış, anbar hərəkətləri üzrə sənədlərin sistemə daxil edilməsi
- Analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Digər struktur bölmələrlə koordinasiyalı işləmək
Namizədə dair tələblər:
- 1C proqramı üzrə minimum 3 il iş təcrübəsi (8.2 və ya 8.3)
- MS Excel üzrə yaxşı biliklər
- Anbar, satış və ya mühasibat uçotu sahəsində biliklər
- Analitik düşünmə və operativ problem həll etmə bacarığı
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı
- Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə təhsil (üstünlükdür)
Biz nə təklif edirik?
- Motivasiyaedici və dəstəkləyici iş mühiti
- Peşəkar inkişaf və təlim imkanları
- Stabil və rahat iş şəraiti
- Nahar təminatı
Müraciət üçün:
CV-lərinizi “1C Admini” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.