Zəhmət - Ruzi MMC Zəhmət - Ruzi MMC
  • 675

Aparıcı hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aparıcı hüquqşünas

  • Истекает 16 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin fəaliyyətinə dair normativ-hüquqi aktların təhlili və tətbiqi;
  • Müqavilələr, daxili qaydalar və digər hüquqi sənədlərə dair hüquqi rəyin hazırlanması;
  • Cəmiyyət rəhbərliyi və struktur bölmələrinə hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi;
  • Cəmiyyət tərəfindən bağlanacaq müqavilələrin hazırlanması və hüquqi ekspertizadan keçirilməsi;
  • Müqavilə şərtlərinin qanunvericiliyə və şirkətin maraqlarına uyğunluğunun təmin edilməsi;
  • Qarşı tərəflərlə aparılan danışıqlarda hüquqi dəstəyin göstərilməsi;
  • Şirkətin məhkəmələrdə və digər dövlət qurumlarında təmsil olunması;
  • Hüquqi iddiaların hazırlanması və müdafiə strategiyasının müəyyən edilməsi;
  • Məhkəmə qərarlarının icrasına nəzarət edilməsi;
  • Şirkətin daxili qaydalarının, prosedurlarının və siyasətlərinin hüquqi baxımdan uyğunluğunun təmin edilməsi;
  • Hüquqi risklərin müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin verilməsi;
  • Rəhbərliyə hüquqi hesabatların təqdim edilməsi;
  • Müvafiq dövlət orqanları ilə hüquqi məsələlər üzrə əməkdaşlıq;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qurumlarına hesabatların təqdim edilməsi;
  • Əmək müqavilələrinin hazırlanması və işçi münasibətlərinə dair hüquqi dəstəyin göstərilməsi;
  • Korporativ hüquq məsələləri üzrə normativ sənədlərin hazırlanması və idarə edilməsi;
  • Şirkətin korporativ sənədlərinin tərtib edilməsi və saxlanılması;
  • Şirkətin etik kodeksi və uyğunluq qaydalarına riayət edilməsinə nəzarət;
  • Daxili yoxlamalar zamanı hüquqi dəstəyin göstərilməsi və mümkün pozuntuların müəyyən edilməsi.

Namizədə tələblər:

  • Ali hüquqi təhsilinin olması;
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək məcəlləsinin və maliyyə bazarlarına nəzarət orqanın müəyyən etdiyi normativ xarakterli aktların hüquqi əsaslarını bilməsi;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, cəmiyyətdə hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • MS Office proqramlarından istifadə etmə bacarığı;
  • Hüquq sahəsində ən azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.

Əlavə məlumatlar:

  • Əmək haqqı müsahibə əsasinda; 
  • Şirkət tərəfindən nahar təmin olunur;
  • Korporativ mobil nömrə ilə təmin edilmz;
  • İş qrafiki: 5 günlük
  • İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri

CV-lərinizi Aparıcı hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily2
  • Weekly187
  • Monthly1806