Vəzifə öhdəlikləri:
- Cəmiyyətin fəaliyyətinə dair normativ-hüquqi aktların təhlili və tətbiqi;
- Müqavilələr, daxili qaydalar və digər hüquqi sənədlərə dair hüquqi rəyin hazırlanması;
- Cəmiyyət rəhbərliyi və struktur bölmələrinə hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi;
- Cəmiyyət tərəfindən bağlanacaq müqavilələrin hazırlanması və hüquqi ekspertizadan keçirilməsi;
- Müqavilə şərtlərinin qanunvericiliyə və şirkətin maraqlarına uyğunluğunun təmin edilməsi;
- Qarşı tərəflərlə aparılan danışıqlarda hüquqi dəstəyin göstərilməsi;
- Şirkətin məhkəmələrdə və digər dövlət qurumlarında təmsil olunması;
- Hüquqi iddiaların hazırlanması və müdafiə strategiyasının müəyyən edilməsi;
- Məhkəmə qərarlarının icrasına nəzarət edilməsi;
- Şirkətin daxili qaydalarının, prosedurlarının və siyasətlərinin hüquqi baxımdan uyğunluğunun təmin edilməsi;
- Hüquqi risklərin müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin verilməsi;
- Rəhbərliyə hüquqi hesabatların təqdim edilməsi;
- Müvafiq dövlət orqanları ilə hüquqi məsələlər üzrə əməkdaşlıq;
- Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qurumlarına hesabatların təqdim edilməsi;
- Əmək müqavilələrinin hazırlanması və işçi münasibətlərinə dair hüquqi dəstəyin göstərilməsi;
- Korporativ hüquq məsələləri üzrə normativ sənədlərin hazırlanması və idarə edilməsi;
- Şirkətin korporativ sənədlərinin tərtib edilməsi və saxlanılması;
- Şirkətin etik kodeksi və uyğunluq qaydalarına riayət edilməsinə nəzarət;
- Daxili yoxlamalar zamanı hüquqi dəstəyin göstərilməsi və mümkün pozuntuların müəyyən edilməsi.
Namizədə tələblər:
- Ali hüquqi təhsilinin olması;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək məcəlləsinin və maliyyə bazarlarına nəzarət orqanın müəyyən etdiyi normativ xarakterli aktların hüquqi əsaslarını bilməsi;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, cəmiyyətdə hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- MS Office proqramlarından istifadə etmə bacarığı;
- Hüquq sahəsində ən azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.
Əlavə məlumatlar:
- Əmək haqqı müsahibə əsasinda;
- Şirkət tərəfindən nahar təmin olunur;
- Korporativ mobil nömrə ilə təmin edilmz;
- İş qrafiki: 5 günlük
- İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri
CV-lərinizi “Aparıcı hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.