Zəhmət Ruzi MMC (SAB) Zəhmət Ruzi MMC (SAB)
  • 570
Zəhmət Ruzi MMC (SAB)

Zəhmət Ruzi MMC (SAB)

Ərzaq məhsulların istehsalı

Aparıcı Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı Mühasib

  • Deadline 10 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

Qaimə-fakturaların uçotunu aparılması, onların elektron informasiya sistemində doldurulmasının düzgünlüyünə, vaxtında verilməsinə və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etməlidir. 

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirməlidir.
  • Bütün hesab-fakturaların, xərc sənədlərini, müqavilə sənədlərini və onlardan irəli gələn aktları, qaimə-fakturaların  hazırlanması və qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişin icra edilməsi üçün hazırlamalıdır.
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməlidir. 
  • Vergi, Statistika və digər dövlət nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasında iştirak etmək.
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etməli və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunu təmin etməlidir.
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirməlidir.
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etməlidir.
  • Hesabların uçotunun yoxlanılması: mühasibatlıq hesablarının dəqiqliyinin və uyğunluğunun yoxlanılması, uçot qeydlərinin və maliyyə hesabatlarının düzgünlüyünü təmin etməlidir.
  • Daxili və kənar audit yoxlaması və ya digər yoxlamalar zamanı daxil olan sorğuları vaxtında cavablandırmalı, sorğu edilmiş məlumatları Cəmiyyətin daxili prosedur qaydalarına əsasən təqdim etməlidir.
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələr üzrə məlumatları hazırlamalı və elektron uçotunu aparmalıdır.
  • Əsas vəsaitlərin alınması, amortizasiyası və ləğv edilməsinin qeydlərini aparmaq.
  • Əməliyyatların 1C (ERP) proqramında işlənməsi.

Tələblər 

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • Aparıcı mühasib olaraq ən az 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
  • Peşəkar mühasib sertifikatı üstünlükdür;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • 1C (8.3 ERP)  proqramını orta səviyyədə bilmək.
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

İş şərtlərimiz:

  • Əmək haqqı: 1200 AZN (Net) 
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Nahar verilir 
  • Ünvan: Xırdaln şəhəri, Həsən Əliyev 38 

Maraqlanan şəxslərdən CV-ni Aparıcı Mühasib başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly168
  • Monthly783