Zəhmət Ruzi MMC (SAB) Zəhmət Ruzi MMC (SAB)
  • 310
Zəhmət Ruzi MMC (SAB)

Zəhmət Ruzi MMC (SAB)

Ərzaq məhsulların istehsalı

Əmək haqqı üzrə mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı üzrə mühasib

  • Deadline 17 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş rejimi: Tam iş günü
Şöbə: Maliyyə və Analitika Departamenti
Əsas Vəzifələr:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta, həyatın yaşam sığortası və digər tutulmaların hesablanması və ödənilməsi;
  • Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanılması;
  • Məzuniyyət haqlarının, ezamiyyələrin, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işlənməsi;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
  • İşçilər üçün bank kartlarının sifarişi
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
  • Alqı-satqı müqavilələləri,digər alt sənədlərin hazırlanması
  • E-qaimələrin təqdim edilməsi
  • Rəhbərliyin digər əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə və digər müvafiq biliklər;
  • Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
  • Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;

Təklif edirik:

  • İş saatları: 09:00-18:00
  • İş günləri: həftədə 5 gün
  • Nahar ilə təmin edilmə.
  • Mobil nömrə və danışıq limiti.
  • Əmək haqqı: 1000-1200 AZN NET

İş yeri: Xırdalan şəhər, Həsən Əliyev 38.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmək haqqı üzrə mühasib” yazaraq
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily22
  • Weekly578
  • Monthly1575