Əsas tələblər:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;
- Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C (Mikro ERP üstünlükdür);
- Komandada işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
- MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür.
- Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür.
Əsas vəzifə və öhdəliklər:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək;
- Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
- Vahid rüblük hesabatın (DSMF) və statistika hesabatlarını tərtib etmək.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik və məsuliyyətlilik;
- Analitik düşünmə və təhlil bacarığı;
- Yüksək kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti;
- Komanda işi bacarığı;
- Operativ və nəticə yönümlü olmaq;
- Planlaşdırma və prioritetləşdirmə bacarığı;
- Yenilikçi və proaktiv yanaşma.
Təklif etdiyimiz:
- Motivasiyaedici və dəstəkləyici iş mühiti;
- Tibbi sığorta;
- Rahat və stabil iş şəraiti;
- Nahar təminatı.
- Korporativ nömrə
İş şəraiti
- Şöbə: Mühasibatlıq şöbəsi
- İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi
- Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
- Əmək haqqı: Müsahibə əsasında.
CV-lərinizi “Əmək haqqı üzrə mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.