Vəzifənin məqsədi
- Dövlət qurumları və iri institusional müştərilərlə uzunmüddətli biznes münasibətlərinin qurulması, şirkətin məhsullarının bu seqmentdə satışının inkişaf etdirilməsi və müştərilərin xüsusi tələblərinə uyğun məhsulların hazırlanmasının koordinasiyası.
Əsas vəzifə və öhdəliklər:
- Dövlət qurumları, dövlət müəssisələri və iri institusional müştərilərlə yeni biznes əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi;
- Müştərilərin satınalma ehtiyaclarını, istifadə etdikləri məhsulları, qiymət səviyyəsini və texniki tələblərini araşdırmaq və satış imkanlarını müəyyən etmək;
- Müştərilərlə yüksək səviyyəli və uzunmüddətli işgüzar münasibətlər qurmaq;
- Müştərilərin xüsusi tələblərini — məhsul ölçüsü, dadı, resepti, keyfiyyət göstəriciləri, qablaşdırması və digər spesifik xüsusiyyətləri — dəqiq müəyyənləşdirmək;
- Müştəri tələblərinə uyğun yeni məhsulların hazırlanması və mövcud məhsulların adaptasiyası prosesini İstehsalat, Keyfiyyət, R&D və digər aidiyyəti komandalarla koordinasiya etmək;
- Yeni məhsullar üzrə nümunələrin hazırlanması, degustasiya, sınaq və müştəri təsdiqi proseslərini idarə etmək;
- Dövlət satınalmaları, tenderlər və digər korporativ satınalma mexanizmləri üzrə prosesləri izləmək və şirkətin iştirakını təşkil etmək;
- Satış planlarının hazırlanması, kommersiya təkliflərinin təqdim edilməsi və müqavilələrin bağlanması prosesini idarə etmək;
- Bazar, rəqiblər və dövlət qurumlarının satınalma ehtiyacları barədə mütəmadi məlumat toplamaq və rəhbərliyə təqdim etmək;
- Satış nəticələrinə və müştəri portfelinin inkişafına görə məsuliyyət daşımaq.
Namizədə tələblər:
- Korporativ satış, xüsusilə dövlət qurumları və ya iri institusional müştərilərlə satış sahəsində minimum 5 il təcrübə;
- Dövlət qurumlarında qərarverici şəxslərlə effektiv kommunikasiya və yüksək səviyyəli işgüzar əlaqələr qurmaq bacarığı;
- Dövlət satınalmaları və tender prosesləri barədə praktiki anlayış;
- FMCG, qida sənayesi və ya məhsul inkişafı ilə əlaqəli satış təcrübəsi üstünlükdür;
- Müştəri ehtiyacını düzgün müəyyənləşdirmək və həmin ehtiyacı istehsalat komandasına aydın texniki tələblərə çevirmək bacarığı;
- Güclü danışıqlar, təqdimat və əlaqələrin idarə edilməsi bacarığı;
- Nəticəyönümlülük, yüksək kommunikasiya və problem həll etmə bacarığı.
- Rus və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı arzu olunandır.
Əsas KPI-lar:
- Dövlət və institusional müştərilərdən əldə edilən satış həcmi və gəlir;
- Yeni müştərilərin və müqavilələrin sayı;
- Müştəri ehtiyaclarına uyğun hazırlanmış və satışa çıxarılan yeni məhsullar;
- Tender və satınalma proseslərində əldə olunan nəticələr;
- Müştəri münasibətlərinin və satış portfelinin davamlı inkişafı.
Təklif etdiyimiz:
- Könüllü Tibbi sığorta paketi;
- Nahar təminatı;
- Korporativ nömrə;
- Yanacaq xərci;
- Əmək haqqı: 2500 AZN və KPİ əsaslı yüksək bonus sistemi.
İş şəraiti
- İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi
- Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
CV-lərinizi “Korporativ Satış Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.