Zəhmət Ruzi MMC (SAB) Zəhmət Ruzi MMC (SAB)
  • 186

Korporativ Satış Meneceri (Dövlət Qurumları üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış Meneceri (Dövlət Qurumları üzrə)

  • Deadline 18 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin məqsədi

  • Dövlət qurumları və iri institusional müştərilərlə uzunmüddətli biznes münasibətlərinin qurulması, şirkətin məhsullarının bu seqmentdə satışının inkişaf etdirilməsi və müştərilərin xüsusi tələblərinə uyğun məhsulların hazırlanmasının koordinasiyası.

Əsas vəzifə və öhdəliklər:

  • Dövlət qurumları, dövlət müəssisələri və iri institusional müştərilərlə yeni biznes əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi;
  • Müştərilərin satınalma ehtiyaclarını, istifadə etdikləri məhsulları, qiymət səviyyəsini və texniki tələblərini araşdırmaq və satış imkanlarını müəyyən etmək;
  • Müştərilərlə yüksək səviyyəli və uzunmüddətli işgüzar münasibətlər qurmaq;
  • Müştərilərin xüsusi tələblərini — məhsul ölçüsü, dadı, resepti, keyfiyyət göstəriciləri, qablaşdırması və digər spesifik xüsusiyyətləri — dəqiq müəyyənləşdirmək;
  • Müştəri tələblərinə uyğun yeni məhsulların hazırlanması və mövcud məhsulların adaptasiyası prosesini İstehsalat, Keyfiyyət, R&D və digər aidiyyəti komandalarla koordinasiya etmək;
  • Yeni məhsullar üzrə nümunələrin hazırlanması, degustasiya, sınaq və müştəri təsdiqi proseslərini idarə etmək;
  • Dövlət satınalmaları, tenderlər və digər korporativ satınalma mexanizmləri üzrə prosesləri izləmək və şirkətin iştirakını təşkil etmək;
  • Satış planlarının hazırlanması, kommersiya təkliflərinin təqdim edilməsi və müqavilələrin bağlanması prosesini idarə etmək;
  • Bazar, rəqiblər və dövlət qurumlarının satınalma ehtiyacları barədə mütəmadi məlumat toplamaq və rəhbərliyə təqdim etmək;
  • Satış nəticələrinə və müştəri portfelinin inkişafına görə məsuliyyət daşımaq.

Namizədə tələblər:

  • Korporativ satış, xüsusilə dövlət qurumları və ya iri institusional müştərilərlə satış sahəsində minimum 5 il təcrübə;
  • Dövlət qurumlarında qərarverici şəxslərlə effektiv kommunikasiya və yüksək səviyyəli işgüzar əlaqələr qurmaq bacarığı;
  • Dövlət satınalmaları və tender prosesləri barədə praktiki anlayış;
  • FMCG, qida sənayesi və ya məhsul inkişafı ilə əlaqəli satış təcrübəsi üstünlükdür;
  • Müştəri ehtiyacını düzgün müəyyənləşdirmək və həmin ehtiyacı istehsalat komandasına aydın texniki tələblərə çevirmək bacarığı;
  • Güclü danışıqlar, təqdimat və əlaqələrin idarə edilməsi bacarığı;
  • Nəticəyönümlülük, yüksək kommunikasiya və problem həll etmə bacarığı.
  • Rus və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı arzu olunandır.

Əsas KPI-lar:

  • Dövlət və institusional müştərilərdən əldə edilən satış həcmi və gəlir;
  • Yeni müştərilərin və müqavilələrin sayı;
  • Müştəri ehtiyaclarına uyğun hazırlanmış və satışa çıxarılan yeni məhsullar;
  • Tender və satınalma proseslərində əldə olunan nəticələr;
  • Müştəri münasibətlərinin və satış portfelinin davamlı inkişafı.

Təklif etdiyimiz:

  • Könüllü Tibbi sığorta paketi;
  • Nahar təminatı;
  • Korporativ nömrə; 
  • Yanacaq xərci;
  • Əmək haqqı: 2500 AZN və KPİ əsaslı yüksək bonus sistemi.

İş şəraiti

CV-lərinizi “Korporativ Satış Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly635
  • Monthly1726