Akademik Zərifə Əliyeva adına uşaq bağçası komandamıza təcrübəli və peşəkar Baş aşpaz dəvət edir!
Namizədə tələblər:
- Xanım namizədlər
- Baş aşpaz və ya aşpaz vəzifəsində minimum 5 il iş təcrübəsi;
- Uşaqlar üçün sağlam və balanslaşdırılmış qidaların hazırlanması üzrə bilik və bacarıqlar;
- Mətbəx uçotunu aparmaq, ərzaq sərfiyyatına və anbar qalıqlarına nəzarət etmək bacarığı;
- Menyu və ərzaq tələbatının planlaşdırılması;
- Mətbəx işinin təşkili və komandaya rəhbərlik bacarığı;
- Qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarını bilmək;
- Məsuliyyətli, səliqəli və intizamlı olmaq.
İş şəraiti:
- Əmək haqqı: 1 000–1 200 AZN
- İş qrafiki: Bazar ertəsi – Cümə
- İş saatları: 08:00–17:00
- İstirahət günləri: Şənbə və Bazar
- Rəsmi bayram günləri qeyri-iş günləridir.
- İş ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 31 (Gənclik metrosunun yaxınlığı).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş aşpaz” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.