Kassir (Pinko)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kassir (Pinko)

  • Deadline 13 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Port Baku Mall – Pinko mağazası

Namizədə tələblər:

  • Yaş: 23-30 yaş arası xanım namizədlər
  • Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq
  • Kassir kimi ən azı 1 il təcrübə
  • 1C satış bölməsində sərbəst işləmək
  • Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək

İş barədə məlumat:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək
  • Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
  • Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləyib, nəzarətdə saxlamaq və hesabatını aparmaq
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
  • Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək

İş şərtləri:

  • İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi (Nahar fasiləsi verilir)
  • İş günü: 6 günlük, həftədə 1 gün istirahət  
  • Əmək haqqı: 700 AZN+satışdan bonuslar

Təklif edirik:

  • Karyerada yüksəliş imkanı

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kassir” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Daily211
  • Weekly372
  • Monthly1117