Əsas vəzifələr:
- Şirkətin kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək;
- Satış, satınalma, kateqoriya idarəetməsi və əməliyyat komandalarının fəaliyyətinə rəhbərlik etmək;
- Satış hədəflərinin müəyyən edilməsi, icrasına nəzarət və performansın qiymətləndirilməsi;
- Bazar araşdırmaları aparmaq, rəqabət mühitini analiz etmək və inkişaf imkanlarını müəyyənləşdirmək;
- Təchizatçılar və strateji tərəfdaşlarla kommersiya danışıqlarını aparmaq;
- Büdcənin hazırlanması, satış proqnozlarının verilməsi və maliyyə göstəricilərinin təhlili;
- KPI sisteminin qurulması və komandanın inkişafının təmin edilməsi;
- Şirkətin kommersiya proseslərinin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslərə rəhbərlik etmək.
Namizədə tələblər:
- Biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya oxşar sahə üzrə ali təhsil ;
- Kommersiya, satış və ya əməliyyatların idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
- Strateji planlaşdırma və biznes inkişafı üzrə güclü biliklər;
- Büdcə, maliyyə analizi sahəsində praktiki təcrübə;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili üstünlükdür);
- Güclü analitik düşüncə, liderlik, qərarvermə və danışıqlar aparmaq bacarığı;
Təklif edirik:
- Əmək haqqı: 5 000 – 6 000 AZN (net) + KPI əsaslı bonus
- Strateji qərarların qəbulunda iştirak imkanı;
CV-nizi "Head of Commercial Operations" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına paylaşmağınız xahiş olunur.