Zeta Group Zeta Group
  • 447

Mağaza Menecerinin köməkçisi (Supervayzer)

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mağaza Menecerinin köməkçisi (Supervayzer)

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Crescent Mall

Namizədə tələblər:

  • Yaş: 25-29;
  • Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq;
  • Satış sektorunda müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Satış texnikası, idarəçilik qabiliyyəti;
  • Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
  • 1C və MC Office proqramlarında sərbəst işləmək.

İş barədə məlumat:

  • Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
  • Satış bölmələrində yaranmış problemləri araşdırmaq və həll etmək
  • Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək
  • Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
  • Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.)
  • Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
  • Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək.

İş şərtləri:

  • İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi (Nahar fasiləsi verilir)
  • İş günü: 6 günlük, həftədə 1 gün istirahət  
  • Əmək haqqı: 900 AZN+satışdan bonuslar
  • Şirkət tərəfindən Uniforma verilir

Təklif edirik:

  • Karyerada yüksəliş imkanı
  • Böyük komandanın üzvü olmaq

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mağaza menecerinin köməkçisi” yazaraq email ünvanına göndərmələri xahiş olunur.

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363