Xarici Satınalma Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xarici Satınalma Meneceri

  • Deadline 17 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr:

  • Xarici təchizatçıların araşdırılması və seçilməsi;
  • Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə müqayisəli qiymətləndirilməsi;
  • Xarici təchizatçılarla qiymət, ödəniş, çatdırılma, zəmanət və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Müqavilələrin hazırlanması və müqavilə şərtlərinin icrasının izlənilməsi;
  • Təchizatçılarla yazışmaların və işgüzar kommunikasiyanın aparılması;
  • Çatdırılma və logistika proseslərinin izlənilməsi;
  • Satınalma xərclərinin optimallaşdırılması və bazar qiymətlərinin araşdırılması.

Namizədə tələblər:

  • Xarici satınalma, beynəlxalq təchizat və ya procurement sahəsində iş təcrübəsi;
  • Xarici təchizatçılarla iş və işgüzar yazışma təcrübəsi;
  • Qiymət təkliflərini və kommersiya şərtlərini analiz etmək bacarığı;
  • Sifarişlərin, müqavilələrin və ödənişlərin koordinasiyası üzrə diqqətli və məsuliyyətli yanaşma;
  • İngilis dilində sərbəst ünsiyyət və yazışma bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Logistika və gömrük prosesləri haqqında anlayış üstünlükdür.

İş şəraiti

  • İş yeri: Vurgun Residence
  • İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi
  • Əmək haqqı: 2000-2500 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly514
  • Monthly1607