Əsas vəzifələr:
- Xarici təchizatçıların araşdırılması və seçilməsi;
- Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə müqayisəli qiymətləndirilməsi;
- Xarici təchizatçılarla qiymət, ödəniş, çatdırılma, zəmanət və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
- Müqavilələrin hazırlanması və müqavilə şərtlərinin icrasının izlənilməsi;
- Təchizatçılarla yazışmaların və işgüzar kommunikasiyanın aparılması;
- Çatdırılma və logistika proseslərinin izlənilməsi;
- Satınalma xərclərinin optimallaşdırılması və bazar qiymətlərinin araşdırılması.
Namizədə tələblər:
- Xarici satınalma, beynəlxalq təchizat və ya procurement sahəsində iş təcrübəsi;
- Xarici təchizatçılarla iş və işgüzar yazışma təcrübəsi;
- Qiymət təkliflərini və kommersiya şərtlərini analiz etmək bacarığı;
- Sifarişlərin, müqavilələrin və ödənişlərin koordinasiyası üzrə diqqətli və məsuliyyətli yanaşma;
- İngilis dilində sərbəst ünsiyyət və yazışma bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Logistika və gömrük prosesləri haqqında anlayış üstünlükdür.
İş şəraiti
- İş yeri: Vurgun Residence
- İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi
- Əmək haqqı: 2000-2500 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.