Namizədə tələblər:
- Satış sahəsində (xüsus ilə idman avadanlıqları) minimum 2-3 il iş təcrübəsi;
- Bazar analizi və müştəri davranışları üzrə anlayış;
- Nəticə yönümlü və hədəfə fokuslanan yanaşma;
- Rus və Azərbaycan dillərində sərbəst ünsiyyət bacarığı (İngilis dili üstünlükdür);
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komanda ilə işləmə bacarığı və operativlik.
Vəzifə öhdəliyi:
- İdman avadanlıqlarının (fitnes cihazları, məşq avadanlıqları və s.) satış strategiyasını hazırlamaq və həyata keçirmək;
- Yeni və mövcud müştərilərlə işgüzar əlaqələrin qurulması və saxlanılması;
- Satış hədəflərinə çatmaq və aylıq, rüblük satış hesabatlarının hazırlanması;
- Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklifləri təqdim etmək;
- Rəqib məhsullar, qiymətlər üzrə araşdırma aparmaq;
- Yeni məhsullar və trendlər barədə məlumat toplamaq və rəhbərliyə təkliflər vermək;
- Müştəri sifarişlərinin düzgün və vaxtında yerinə yetirilməsini təmin etmək.
İş şərtləri:
- Əmək haqqı: 1000-1500 Azn
Maraqlanan şəxslər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)