Şirkətimiz “Zeytun Pharmaceuticals” MMC Anbar müdiri vəzifəsinə namizəd axtarışını elan edir.
İş yeri: Şirvan şəhəri
Vəzifə öhdəlikləri:
- Anbarda yükləmə-boşaltma işlərinə operativ nəzarətin təmin edilməsi
- Malların qəbulu, yerləşdirilməsi və saxlanılmasının düzgün təşkil olunması
- Anbar sahəsindən səmərəli istifadə və malların təhlükəsizliyinin təmin edilməsi
- Saxlama rejiminə riayət olunmasına nəzarət
- Anbarda aparılan bütün əməliyyatların və sənədləşmənin idarə olunması
- İnventarizasiya prosesində iştirak
- Anbar əməkdaşlarının idarə olunması və iş bölgüsünün təşkili
- İş rejiminə və əmək intizamına nəzarət
- Əmək məhsuldarlığının artırılması və proseslərin optimallaşdırılması
- Rəhbərliyə təkliflərin verilməsi və hesabatların hazırlanması
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Azərbaycan (Ana dili), Rus dilini orta səviyyədə bilmək
- MS Office (xüsusilə Excel, Outlook) proqramlarında işləmək bacarığı
- İdarəetmə və liderlik bacarığı
- Stress altında işləmə və operativ qərarvermə qabiliyyəti
- Komanda ilə işləmə və yüksək ünsiyyət bacarıqları
- Diqqətlilik və məsuliyyətlilik
İş şəraiti:
- Rəqabətli əmək haqqı (müsahibə əsasında)
- İş qrafiki: 6 günlük iş həftəsi,
Maraqlanan şəxslər CV-ni Müraciət et düməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Anbar Müdiri Şirvan” qeyd edərək göndərə bilər.