Zeytun Pharmaceuticals Zeytun Pharmaceuticals
  • 772
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Əczaçılıq

Bazar Araşdırması üzrə Analitik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bazar Araşdırması üzrə Analitik

  • Deadline 7 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Ali Təhsil- Farmakologiya, Marketinq, Statistikalar, Biznes və ya əlaqəli sahədə bakalavr dərəcəsi. Marketinq və ya məlumat analitikası üzrə magistr dərəcəsi və ya ixtisaslaşmış sertifikatlar;
  • Aptek zəncirləri, dərman distribyutorları və ya səhiyyə məhsullarının satışı sahəsində bazar araşdırması üzrə minimum 3 illik təcrübə;
  • FMCG və ya əczaçılıq sahəsində konkret layihələrdə iştirak etmiş namizədlərə üstünlük veriləcək;
  • Microsoft Excel (advanced), PowerPoint (presentation structuring),Power BI və ya Tableau ilə vizuallaşdırma təcrübəsi,IQVIA və ya digər bazar analiz platformaları ilə tanışlıq;
  • Keyfiyyətli və kəmiyyətli araşdırmalar aparmaq, anketlər, fokus qrupları, məlumat analizi və rəqabət müqayisəsi aparmaq üzrə təcrübə.

Əsas vəzifə öhdəlikləri:

  • Rəqiblərin qiymət strukturlarını, bazar strategiyalarını və fəaliyyətlərini müntəzəm olaraq izləyərək tendensiyaları və potensial imkanları müəyyənləşdirmək;
  • Anketlər, fokus qrupları və müştəri rəyləri kimi müxtəlif mənbələrdən istifadə edərək məlumat toplamaq, keyfiyyət və kəmiyyət araşdırmalar aparmaq;
  • Bazar oyunçularının qiymət siyasətini, promosyon taktikasını və distribyutor kanallarını təhlil edərək strateji mövqelənmə imkanlarını müəyyənləşdirmək;
  • İstehlakçı davranışlarını, ehtiyaclarını, üstünlüklərini və alqı-satqı amillərini təhlil edərək hədəfli marketinq kampaniyalarını və məhsul təkliflərini dəstəkləmək;
  • Sənaye meylləri, tənzimləyici dəyişikliklər və aptek bazarındakı yeni imkanları izləyərək bazar dəyişiklikləri əvvəlcədən proqnozlaşdırmaq;
  • Satış performans məlumatlarını təhlil edərək cari strategiyaların effektivliyini müəyyənləşdirib bazar payını artırmaq üçün təkmilləşdirmələr və dəyişikliklər tövsiyə etmək;
  • Rəqabət təhlili, xərclər və bazar tələbatını əsas alaraq qiymət strategiyalarını inkişaf etdirmək, mənfəət marjlarını optimallaşdırmaq və rəqabətə davamlı qalmaq;
  • Məhsul inkişafı komandaları ilə birgə işləyərək bazar təhlilləri və istehlakçı rəyini təqdim etmək, yeni məhsul inkişafını və ya təkmilləşdirmələri istiqamətləndirmək;
  • Bazar meylləri, rəqabət təhlilləri və strateji tövsiyələri əks etdirən ətraflı hesabatlar və təqdimatlar hazırlamaq;
  • Marketinq, satış və məhsul komandaları ilə sıx əməkdaşlıq edərək bazar araşdırmalarının şirkətin məqsədləri ilə uyğun olmasını və davam edən təşəbbüsləri dəstəkləməsini təmin etmək;
  • Bazar araşdırmalarını təkmilləşdirmək, məlumatların təhlilini və hesabat proseslərini optimallaşdırmaq üçün yeni alətləri, texnikaları və ən yaxşı təcrübələri izləmək.
  • CRM sistemləri və daxili satış məlumat bazaları ilə işləmə bacarığı,məlumatların vizualizasiyası üçün Power BI, Tableau və ya oxşar analitik platformalarda hesabatlar hazırlamaq bacarığı.

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur.

Maraqlanan şəxslər CV-ni Müraciət Et butonunda qeyd olunan email ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1277