Vəzifə öhdəlikləri:
- Məhsullar və molekulaların araşdırılması, farmasevtik bazardakı yeniliklərin izlənməsi və dəyərləndirilməsi;
- Bazarda potensial tərəfdaşların tapılması və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi;
- Rəqabət mühitini təhlil edərək, sərfəli kommersiya şərtlərinin əldə olunması;
- Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli analizin aparılması;
- Bazar araşdırmalarının həyata keçirilməsi və rəqiblərin qiymət siyasətinin izlənməsi;
- Şirkət rəhbərliyinə analitik hesabatların və təkliflərin təqdim edilməsi;
- Daxili təchizat proseslərinin effektivliyini təmin etmək və inkişaf etdirmək.
Namizədə olan tələblər:
- Biznesin inkişafı, marketinq, farmasevtik və ya müvafiq sahədə ali təhsil;
- Farmasevtik sahədə iş təcrübəsi (ən azı 5 il üstünlükdür);
- Bazar analitikası, təchizat və satınalma sahəsində təcrübə;
- Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət bacarığı (İngilis dili üstünlükdür)
- Yüksək analitik düşüncə, qərarvermə və problem həll etmə bacarığı;
- Kommersiya təkliflərinin analizi və müqayisə edilməsi üzrə bilik və təcrübə;
- MS Office proqramları ilə (xüsusilə Excel, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı.
Biz təklif edirik:
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Stabil əmək haqqı və performansa əsaslanan bonus sistemi;
- Mehriban və dinamik iş mühiti;
- Əlverişli iş mühitində peşəkar təcrübə qazanmaq şansı.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində Biznesin İnkişafı üzrə Menecer qeyd etməyiniz xahiş olunur.