Vəzifə öhdəlikləri:
- İş qrafiklərinə nəzarət olunması;
- Növbə dəyişikliyi, iş və zəng bölgüsünə nəzarət edilməsi;
- Komanda daxilində apteklərə aid problemlərin həll edilməsi;
- Dövriyyəsi zəif olan apteklərin araşdırılması və dövriyyənin bərpa edilməsi;
- Yeni kampaniyalara dair məlumatların 1C proqramında düzgünlüyünün yoxlanılması;
- Müvəqqəti kampaniyalar və mövsümi preparatların satışına dair hesabatın hazırlanması;
- 1C prqramın yaranmış boşluqlar barədə rəhbərliyə məlumat verilməsi;
- Rəhbərlikdən gələn tapşırığa əsasən müştəri zənglərinin qəbulu, analizi, problemlərin həlli, doğru istiqamətləndirilməsi;
- Digər işçilərin nizam-intizam qaydalarına riəyət etmələrinin təmin edilməsi və təlimatdan kənar hallar aşkar olunduqda dərhal müdaxilə edilməsi və rəhbərliyə məlumatın təqdim edilməsi;
- İş prossesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- Komandanın idarə olunması;
- Komanda üzrə hədəflərin və aylıq planların yerinə yerinə yetirilməsi;
- Komanda daxilində məzuniyyət qrafiklərinin hazırlanması;
Tələblər:
- Tibb sahəsində ali təhsil;
- Müvafiq sahələrdə iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis,Rus dili yaxşı səviyyədə;
- MS Office bilikləri.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
- Nahar şirkət tərəfindən təmin edilir.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.