Vəzifə adı namizədin təcrübə və bilik-bacarığına uyğun olaraq müəyyən olunacaq.
Tələblər:
- Farmasevtika, tibb və ya əczaçılıq sahəsində ən az 2 il korporativ iş təcrübəsi;
- Farmasevtika sahəsində ali təhsil;
- MBA və ya “Healthcare management” istiqaməti üzrə magistr təhsili üstünlükdür;
- Analitik təhlil və strateji düşünmə qabiliyyəti, habelə müşahidə bacarıqları;
- Komanda ilə işləmə bacarığı;
- Ünsiyyət və təqdimat bacarıqları;
- MS Office bilikləri- Word, Excel yaxşı səviyyədə.
Vəzifə öhdəlikləri
- Audit layihəsi çərçivəsində tələb olunan məlumatların toplanması və təhlillərin həyata keçirilməsi;
- Sahə üzrə əsas risklərin müəyyən edilməsi və risk əsaslı yoxlamaların həyata keçirilməsi;
- Departamentin fəaliyyətinə dair hesabatların hazırlanması və sənədləşmələrin aparılması;
- Audit proqramına uyğun olaraq audit yoxlamalarında iştirak;
- Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əməkhaqqı vəzifəyə və təcrübəyə uyğun təyin ediləcək.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.