Tələblər:
- Təhsil: Ali Tibb (Əczaçılıq) təhsili;
- Təcrübə: Minimum 2 il iş təcrübəsi;
- Rus dil biliyi əla səviyyədə, ingillis dili orta;
- Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilməlidir.
Vəzifə öhdəlikləri
- Dərman preparatların qeydiyyatı ilə bağlı sənədləşmə
- Dosyelərin yoxlanılması və nəzarəti
- Partnyorlarla iş yazışmalarının aparılması
- İçlık vərəqələrinin hazırlanması(Rus, Azərb.)
- Ölkədaxili və xaricdə istehsal olan orijinal, hibrid və generik dərman vasitələrinin, qida əlavələrinin və tibbi vasitələrinin AR Səhiyyə Nazirliyinə qeydiyyat/yenidən qeydiyyat prosesi və qeydiyyat sənədlərinə dəyişikliklər üçün tələb olunan sənədlərin hazırlanması və təhlili
- AR Səhiyyə Nazirliyi tərəfindən verilən rəylərin rus/ingilis dillərinə tərcüməsi və sənədlər toplusunu təqdim edən şirkətə ötürülməsi
- AR Səhiyyə Nazirliyi ilə qarşılıqlı əlaqənin saxlanılması, qeydiyyat tədbirlərinin həyata keçirilməsi, dəyişikliklərin izlənilməsi
- Qeydiyyat sənədlərini təqdim edən şirkətlərin elektron sorğularının cavablandırılması
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı – (namizədin təcrübəsindən asılı olaraq dəyişir)
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.