Tələblər:
- Ali təhsil (əczaçılıq, tibb, biologiya, kimya və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (e-kommers, onlayn satış və ya rəqəmsal kanallar üzrə);
- E-kommers prosesləri ilə yanaşı dərman və tibbi məhsullar üzrə əsas biliklər;
- Məhsulların qeydiyyat statusu, reseptlə və ya reseptsiz satışı, istifadə sahəsi və məhdudiyyətləri barədə anlayış;
- Rəqəmsal marketinq alətləri üzrə biliklər (Google Ads, sosial media və affiliate marketinq — üstünlükdür);
- E-kommers layihələrinin planlanması və icrasında təcrübə;
- Məhsul, qiymət və satış analizi aparmaq bacarığı;
- Analitik düşüncə tərzi, yüksək məsuliyyət, stressə davamlılıq;
- Komanda ilə işləmək və nəticəyönümlü yanaşma.
Vəzifə öhdəlikləri:
- Şirkətə məxsus e-kommers platformasında yerləşdirilən məhsulların tibbi və regulyativ tələblərə uyğunluğuna nəzarət;
- Məhsulların qeydiyyatlı olub-olmaması, resept statusu və təsvirlərinin düzgünlüyünün təmin edilməsi;
- E-kommers platformasının gündəlik idarə olunması və optimizasiyası;
- Onlayn satışların artırılması məqsədilə kampaniyaların planlanması və icrası (mövcud qanunvericilik çərçivəsində);
- Məhsul, kampaniya və satış performansının təhlili, nəticələrə əsaslanan təkliflərin hazırlanması;
- Partnyorlarla (marketplace, texniki tərəfdaşlar və s.) əməkdaşlıq və proseslərə nəzarət
- Sosial media və digər rəqəmsal kanallarda e-kommers fəaliyyətinin tibbi və etik qaydalara uyğunluğunun təmin edilməsi;
- E-kommers fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Bakı, Zərifə Əliyeva küç., 93);
- Tibbi sığorta və nahar;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə E-kommers üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.